...

ITERA Gürcüstanın Qardabani rayonuna qazın verilməsini bərpa edib

Dünya xəbərləri Materials 8 Sentyabr 2006 13:43 (UTC +04:00)

"İtera" şirkəti Gürcüstanın regional qaz paylayıcı şirkətlərinin borcunun restrukturlaşdırılması və onlara təbii qazın verilməsinin bəprası haqqında qərar qəbul edib. Gürcüstanın Yanacaq və Energetika Nazirliyindən Trend in xüsusi müxbirinə verilən məlumata görə, artıq ölkənin şərqində Qardabani rayonuna qaz tədarükünə başlanıb.

Bu rayonda əsasən azərbaycanlılar yaşayır. Rayon sakinlərinin Trend ə bildirdiyinə görə, qazın kəsilməsi onların vəziyyətinə çox pis təsir edib. Sakinlərin sözlərinə görə, onların şitillikləri var və buranı qışda qaz olmadan qızdırmaq qeyri-mümkündür. Buna görə də qazın verilməsinin bərpası ilə bağlı qərar onlar üçün çox vacibdir.

Həftə ərzində Gürcüstanın daha 8 bölgəsinə qaz verilməsi bərpa olunacaq. Energetika Nazirliyinin məlumatına görə, əgər iki ay ərzində regionlar "İtera" şirkətinə 600 min lari (təxminən 350 min dollar) ödəsə, qışda təbii qazın tədarükü ilə bağlı problem olmayacaq.

Avqustun 23-də "İtera" Gürcüstan regionlarının yanacaqla təchizatına görə məsuliyyət daşıyan qaz paylayıcı şirkətlərə təbii qazın tədarükünü dayandırmışdı. "İtera" bunu həmin şirkətlərin 6 mln dollar məbləğində borcunun olması ilə izah edib. Borc 2003-cü ildən yığılıb.

Xəbər lenti

Xəbər lenti