...

Diyarbəkirdə 10 nəfərin ölümünə səbəb olmuş partlayış partlayıcı qurğunun daşınması zamanı baş verib

Dünya xəbərləri Materials 13 Sentyabr 2006 19:06 (UTC +04:00)

Sentyabrın 12-də Türkiyənin cənub-şərqindəki Diyarbəkir şəhərində 10 nəfərin, o cümlədən 7 uşağın ölümü, 14 nəfərin yaralanması ilə nəticələnmiş partlayış əldəqayırma partlayıcı qurğunun daşınması zamanı baş verib. Bu barədə (C) Associated Press rəsmi mənbələrə istinadən xəbər verir.

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, Türkiyənin cənub-şərqində Kürd Fəhlə Partiyasının döyüşçüləri fəal əməliyyatlar aparır. Ancaq əsasən kürdlərin məskunlaşdığı rayonda dinc sakinlərə qarşı terror hücumları kifayət qədər nadir hallarda baş verir.

Xəbər lenti

Xəbər lenti