Yeri uzaq məsafədən zondla tədqiqetmə (YUZ) üzrə sputnik sistemindən istifadə məsələləri bu gün baş nazir Danial Axmetovun "Enerji" RKK-nın rəhbəri Nikolay Sevostyanovla görüşündə müzakirə edilib.
Trend QR baş nazirinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu sputnikin iki ildən sonra buraxılması nəzərdə tutulub. Bu gün YUZ-un texniki xüsusiyyətləri nəzərdən keçirilib.
Hökümət başçısının qeyd etdiyi kimi, YUZ sputnikini buraxılması 90% geoloji kəşfiyyat üçün nəzərdə tutulub. "Kosmosdan alınmış dəqiq məlumatlar karbohidrogenlərin axtarış yerini xeyli məhdudlaşdırmağa imkan verəcək", - deyə Danial Axmetov vurğulayıb.