Avropa Birliyi (AB) İsrail ordusunun Qəza sektorunda fəaliyyəti nəticəsində əhali arasında qurbanların artması ilə əlaqədar narahatçılıq duyduğunu bildirib. Avropa Birliyində sədrlik edən Finlyandiya adından dərc olunmuş bəyanatda qeyd olunub ki, özünü müdafiə hüququ ilə gücdən qeyri-uyğun istifadəyə bəraət qazandırmaq olmaz. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.
Bundan əlavə, AB Fələstin rəhbərliyini terror fəallığını "məhdudlaşdırmağa" çağırıb. Bu, İsrail ərazisinin raket ateşinə tutulmasına da aiddir. Bu barədə Deutsche Welle radiostansiyası xəbər verir.
İsrail ordusunun Qəzada noyabrın 1-dən etibarən keçirdiyi reydlər nəticəsində ən azı 44 fələstinli həlak olub. İsrail komandanlığı hücumların məqsədi kimi İsrail ərazilərinin raket atəşinə tutulmasının qarşısının alınmasını göstərib.