...

ATƏT-in fəaliyyətdə olan sədrinin Qazaxıstana işgüzar səfəri başlayır

Dünya xəbərləri Materials 6 Noyabr 2006 13:25 (UTC +04:00)

Noyabrın 6-dan 7-dək ATƏT-in fəaliyyətdə olan sədri - Belçika Krallığının xarici işlər naziri Karl de Quxt Qazaxıstana işgüzar səfər edəcək. Bu barədə Trend gazeta.kz saytına istinadən xəbər verir.

QR XİN -in rəsmi nümayəndəsi Yerjan Aşikbayev Astanadakı ənənəvi brifinqdə bildirib ki, səfər zamanı K.de Quxt Qazaxıstanın xarici işlər naziri Kasımjomart Tokayevlə görüşəcək.

"Tərəflər Qazaxıstanın ATƏT-lə əməkdaşlığına dair məsələləri, eləcə də Qazaxıstanın 2009-cu ildə təşkilatın siyasi rəhbərliyinə keçməsinə dair ərizəsinin irəli çəkilməsini müzakirə edəcəklər", - deyə XİN nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti