Bu gün Qırğızıstanda zəlzələ baş verib, episentrdə yeraltı təkanların gücü Rixter şkalası üzrə 5 bal olub.
Qırğızıstanın Ekologiya və Fövqəladə Hallar Nazirliyindən /EFHN/ İTAR-TASS-ın müxbirinə bildirib ki, zəlzələnin mənbəyi Bişkəkdən 75 km cənub -şərqdə olub.
Trend xəbər verir ki, paytaxtda, eləcə də Tokmak və Kant şəhərlərində təkanların gücü 4-4,5 bala çatıb.
İlkin məlumata əsasən, zərər çəkənlər və dağıntılar yoxdur. "Lakin bu məlumatlar hazırda dəqiqləşdirilir, təbii fəlakət rayondan yeni məlumatlar daxil olduqca, onlar dəyişə bilər",- deyə EFHN-dən bildiriblər.