Katolik kilsəsinin dini lideri Papa Benediktin Türkiyəyə səfəri noyabrın 28-nə təyin olunub. Bu barədə Trend in Ankaradakı xüsusi müxbiri xəbər verir.
Səfər proqramına uyğun olaraq, Papanın Mustafa Kamal Atatürkün "Andqəbir" mavzoleyinə baş çəkəcəyi, o cümlədən ölkə prezidenti Əhməd Necdət Sezər, XİN başçısı Abdulla Gül, o cümlədən Türkiyənin Din İşləri İdarəsinin sədri Bardaqoğlu ilə görüşləri planlaşdırılır.