Cənubi Koreyada "quş qripi" virusunun yayılmasının qarşısını almaq məqsədilə təxminən 96 min baş ev quşu məhv edilib.
(C) Associated Press ölkənin Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, əməliyyat Seul yaxınlığındakı İksan şəhərində quş ferması ətrafındakı yarımkilometrlik karantin zonasında aparılıb.
Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, bu quş fermasında insan həyatı üçün son dərəcə təhlükəli H5N1 virusu aşkar edilib. Cənubi Koreya hökumət orqanları 236 minədək ev quşunun məhv edilməsini planlaşdırılır.