...

Belarusdan tədarük həcmləri azalarsa, Ukrayna Rusiya qazının Avropaya tranzitini artırmağa hazırdır

Dünya xəbərləri Materials 28 Dekabr 2006 19:00 (UTC +04:00)

Belarusiya tərəfinin "Qazprom"la mümkün münaqişəsi səbəbindən Belarusiyadan tədarük həcmləri azalarsa, Ukrayna Rusiya qazının Avropaya tranzitini artırmağa hazırdır. Bu barədə bu gün yanacaq və energetika naziri Yuriy Boyko jurnalistlərə məlumat verib və əlavə edib ki, "münaqişəli vəziyyət yaranarsa, biz Avropa istehlakçılarına yardım edə bilərik".

Boyko qeyd edib ki, əgər Belarusiya və Rusiya razılaşa bilməsələr, bu, Ukraynanın və Ukrayna ərazisindən qaz alan Avropa ölkələrinin istehlakçılarına təsir göstərməyəcək. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.

"Şübhəsiz, biz belarus və rusiyalı həmkarlarımız arasında gedən proseslərdən narahatıq", - deyə nazir qeyd edib və ümidvar olduğunu bildirib ki, hər halda tərəflər razılığa gələ bilərlər.

Xəbər lenti

Xəbər lenti