...

RF TİİN: "Pərakəndə satış barədə qanunun qüvvəyə minməsi nəticəsində heç bir bazar bağlanmayacaq"

Dünya xəbərləri Materials 17 Yanvar 2007 16:47 (UTC +04:00)

Pərakəndə satış barədə federal qanunun qüvvəyə minməsi nəticəsində heç bir bazar bağlanmayacaq, bazarlarda iş yerləri ixtisar olunmayacaq. Bu fikri bu gün RF Ticarət və İqtisadi İnkişaf Nazirliyinin (TİİN) rəhbəri Qerman Qref Dövlət Dumasında hökumət saatında çıxış edərkən söyləyib.

Qəbul olunan qanuna görə, 2007-ci ilin 11 iyununadək pərakəndə bazarlarda işləyənlər öz hüquqi münasibətlərini yeni federal qanunun normalarına müvafiq uyğunlaşdırmalıdırlar, bu barədə Trend RBK-a istinadən xəbər verir.

Q. Qref hesab edir ki, statistik məlumatlara görə, Rusiyada cəmi 5,8 pərakəndə bazar var ki, orada 1,2 mln adam işləyir. Onların 76%-i individual sahibkarlar, 19%-i xüsusi şəxslər, 3%-i hüquqi şəxslərdir. 2006-cı ildə pərakəndə bazarlarda cəmi 20% bütün pərakəndə satışlar keçirilib. Bununla belə nazirlik vurğulayıb ki, 10 il ərzində (1996-dan 2006-cı ilədək) bu rəqəm 6%-dən də çox aşağı enib.

Xəbər lenti

Xəbər lenti