...

F.Kastronu müalicə edən cərrah: Kuba lideri yavaş-yavaş, lakin düzgün şəkildə sağalır

Dünya xəbərləri Materials 19 Yanvar 2007 16:12 (UTC +04:00)

Kuba lideri Fidel Kastronun yaşının çox olması səbəbindən vəziyyətinin ciddi qalmasına baxmayaraq, xəstəlikdən sonra "yavaş-yavaş, lakin düzgün şəkildə sağalır". Bu bəyanatla bu gün ispan həkim, F.Kastronu müalicə edən cərrah Xose Luis Qarsiya Sabrido çıxış edib. Bu barədə (c) Reuters xəbər verir.

Bu il yanvarın 16-da İspaniya KİV-lərdə məlumat yaranıb ki, F.Kastronun bağırsağında keçirdiyi əməliyyatlardan sonra peritonit genişlənib, lakin X.L.Q.Sabrido o vaxt bu məlumatı təkzib edib. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

F.Kastro 2006-cı ilin iyul ayında onun bağırsağında əməliyyat edildiyi vaxtdan camaat qarşısında görünməyib. Kuba liderinin olduğu son fotoşəkillər 2006-cı ilin oktyabr ayının sonuna təsadüf edir. Kuba prezidentinin öhdəliklərini müvəqqəti olaraq F.Kastronun qardaşı - Raul həyata keçirir. 13 avqust 2006-cı il tarixində Kuba liderinin 80 yaşı tamam olub.

Xəbər lenti

Xəbər lenti