...

Türkiyə baş nazirinin Həbəşistana səfəri başlayıb

Dünya xəbərləri Materials 30 Yanvar 2007 15:08 (UTC +04:00)

Türkiyənin baş naziri T.Ərdoğanın Həbəşistana səfəri Afrika İttifaqı komissiyası sədri Qumar Koraneninin dəvəti ilə həyata keçirilir. Trend in Ankaradakı müxbiri xəbər verir ki, Həbəşistanın paytaxtı Əddis-Əbəbədə Türkiyə hökuməti başçısı Afrika ölkələri başçıları və liderlərinin sammitinin açılışında iştirak edib.

T.Ərdoğan tədbirdə məruzə ilə çıxış edib, həmçinin Afrika ölkələri liderləri ilə çox sayda ikitərəfli görüşlər keçirib. 2005-ci ilin aprelindən başlayaraq Türkiyə Afrika İttifaqının işində müşahidəçi qismində iştirak edir.

Xəbər lenti

Xəbər lenti