...

Ukrayna prezidentinin müşaviri Brüsseldə Qafqaz-Xəzər komissiyasının iclasında iştirak edəcək

Dünya xəbərləri Materials 10 Fevral 2007 12:38 (UTC +04:00)

Ukrayna prezidentinin müşaviri Oleq Rıbaçuk fevralın 12-14-də Brüsseldə keçiriləcək Qafqaz-Xəzər komissiyasının iclasında iştirak edəcək.

Trend in Kiyevdəki xüsusi müxbiri xəbər verir ki, səfər zamanı O.Rıbaçuk Qafqaz-Xəzər komissiyasının birinci görüşündə iştirak etməyi planlaşdırır. Komissiyanın fəaliyyəti Qafqaz-Xəzər bölgəsinin gələcəyinə dair məsələlər və onun Avropa ilə münasibətləri ətrafında cəmlənib.

Bu forumda dünyanın 15-dən çox ölkəsindən yüksək vəzifəli şəxslər və görkəmli şəxsiyyətlər iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti