...

M.Axtisaari: Kosovonun gələcək statusuna dair kompromisin olması ehtimalı aşağıdır

Dünya xəbərləri Materials 15 Fevral 2007 17:01 (UTC +04:00)

BMT-nin Kosovo problemi üzrə xüsusi diplomatik nümayəndə Martti Axtisaari bildirib ki, Serbiya və Albaniya nümayəndələri arasında Kosovonun gələcək statusuna dair kompromisə nail olunmasının "ehtimalı aşağıdır". Bu barədə (c) Associated Press xəbər verir.

M.Axtisaarinin sözlərinə görə, hər iki tərəf bu məsələdə sərt mövqe tutur və onların öz qərarlarını dəyişməsi ehtimalı "son dərəcə azdır".

BMT-nin xüsusi diplomatik nümayəndəsi muxtariyyat müstəqilliyinin tərəfdarlarını zorakılıqdan çəkinməyə çağırıb. Bu barədə Trend www.rbc.ru saytına istinadən xəbər verir.

Bir gün əvvəl axşam Serbiya parlamenti səs çoxluğu ilə BMT-nin Kosovonun statusunun müəyyən olunması üzrə təklif etdiyi planını inkar edib. Xalq skupşinası qətnaməni qəbul edib və orada qeyd olunub ki, BMT-nin planı "qanunsuz olaraq Serbiya ərazisində yeni müstəqil dövlətin yaradılması üçün özül yaradır". Sənədin dəstəklənməsinin lehinə 225 deputat, əleyhinə isə yalnız 15 deputat səs verib.

Xəbər lenti

Xəbər lenti