...

Türkiyənin eks-prezidenti haqqında cinayət işinin qaldırılacağı planlaşdırılır

Dünya xəbərləri Materials 5 Mart 2007 16:30 (UTC +04:00)

Türkiyə, Ankara/müxbir. Trend Ə.Ələsgərov/ Muqlı şəhər prokurorluğu Türkiyənin 7-ci prezidenti Kənan Evrenin cinayət məsuliyyətinə cəlb olunması ehtimalı barədə məsələyə baxır. Cinayət işinin qaldırılması səbəbi kimi Kənan Evrenin "Türkiyə 8 yerə parçalana bilər" məzmunlu ərizəsi göstərilir. Hazırda Muqlı prokurorluğunun əməkdaşları bu ərizənin hazırlanması vəziyyətini aydınlaşdırırlar. Trend in Ankaradakı xüsusi müxbirinin verdiyi məlumata görə, Muqlı vəkillərinin sədri Aylı Karanın fikrincə, eks-prezidentin ərizəsində cinayət tərkibi mövcuddur.

Onun sözlərinə görə, ölkənin keçmiş prezidentinin söylədikləri həqiqi hadisələrə əsasən əsasləndırılan fikir kimi qiymətləndirilə bilər. Bu ərizə Türkiyə ictimaiyyətini yanılda və həqiqətən, ölkəni parçalamağa çalışın gücləri həvəsləndirə bilər. Muqlı prokurorluğunun əməkdaşları sözügedən məsələ barədə qəti qərar verəcəkləri xüsusi iclasda eks-prezident K.Evrenin ərizəsinə baxmağı planlaşdırırlar.

Xəbər lenti

Xəbər lenti