...

Tiflisdə Gürcüstan-İtaliya biznes-forumu keçirilir

Dünya xəbərləri Materials 19 Mart 2007 13:35 (UTC +04:00)

Gürcüstan, Tiflis / müxbir. Trend N.Kirüxalia/ Gürcüstan-İtaliya biznes-forumu bu gün Tiflisdəki "Kortiard Merriott" mehmanxanasında başlayıb. Forumu giriş sözü ilə Gürcüstanın baş naziri Zurab Noqaideli açıb.

Trend in Tiflisdəki xüsusi müxbirinin məlumatına görə, forum İtaliyanın Gürcüstandakı səfirliyi və xarici ticarət İnstitutunun təşəbbüsülə keçirilir.

Forumda 42 İtaliya şirkətinin rəhbərləri iştirak edirlər.

İtaliya və Gürcüstan biznesmenlərinin görüşü də planlaşdırılır.

Tiflisə əsasən tikinti biznesi və qida sənayesi müəssisələrinin başçıları da gəliblər.

Xəbər lenti

Xəbər lenti