...

Gürcüstanlı tələbələr Estoniyaya dəstək olaraq aksiya keçirəcəklər

Dünya xəbərləri Materials 4 May 2007 15:56 (UTC +04:00)

Gürcüstan,Tbilisi/müxbir Trend N.Kirtsxalia/Gürcüstanlı tələbələr bü gün Rusiyanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirəcək. Gürcüstanın tələbə muxtariyyətinin aksiyasında məqsəd Estoniyaya dəstəyin ifadə olunmasıdır.

Tələbələr Rusiyadan Estoniyanın daxili işlərinə qarışmamağı və bu ölkəyə qarşı iqtisadi sanksiyalar qəbul etməməyi tələb etmək niyyətindədirlər.

Daha sonra gürcüstanlı tələbələr Estoniyanın Gürcüstandakı səfirliyinə baş çəkəcək və diplomatik missiyanın rəhbərinə dəstək məktubu təqdim edəcəklər.

Xəbər lenti

Xəbər lenti