...

Türkiyənin iki sol partiyasının biləşməsi gözlənilir

Dünya xəbərləri Materials 10 May 2007 16:02 (UTC +04:00)

Türkiyə, Ankara /müx. Trend A.Ələskərov/ Türkiyənin Xalq Respublika Partiyasının lideri (XRP) Dəniz Baykal bəyan edib ki, Türkiyə Demokratik Sol Partiyası (DSP) ilə əməkdaşlığa dair anlaşma əldə olunub. O qeyd edib ki, hazırda partiyası DSP strukturlarının müvafiq razılaşmalara dair qərarını gözləyir.

Sıx əməkdaşlığa dair DSP-dən müsbət reaksiya gözləyən Baykal mayın 12-də İzimir şəhərində keçirilməsi planlaşdırılan mitinqdə iki partiyanın birgə iştirak edəcəyinə ümid bəslədiyini deyib.

Öz növbəsində DSP-nin baş katibi Ahməd Tan bəyan edib ki, partiyanın bəzi yetkililəri XRP ilə birləşmənin əleyhinə çıxış edirlər. Bununla yanaşı Tan qeyd edib ki, məsələnin müzakirəsi davam edir və bu günlərdə mövzu ilə bağlı partiyanın məclisində fikir mübadiləsi aparılıb.

Tan onu da əlavə edib ki, iki sol partiyanın birləşməsi ilə bağlı ideya həmçinin DSP-nin mənəvi lideri və yaradıcılarından biri olan Rahşan Ecevit tərəfindən dəstək alıb. Onun sözlərinə görə, yaxın günlərdə partiyanın məsələ ilə bağlı rəsmi mövqeyi açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti