...

Ankarada partlayış törətmiş terrorçu keçmiş kommunistdir

Dünya xəbərləri Materials 24 May 2007 12:51 (UTC +04:00)

Türkiyə,Ankara/müxbir Trend Ə.Ələsgərov/Türkiyə polisi Ankaranın "Anafatarlar" ticarət mərkəzində törədilmiş partlayışla əlaqədar bütün Türkiyə ərazisində əməliyyat-istintaq və axtarış tədbirləri həyata keçirir. Partlayış nəticəsində 6 nəfər həlak olub, 91 nəfər yaralanıb.

Terrorçunun qalıqlarından götürülmüş barmaq izlərinin identifikasiyasından sonra müəyyən olunub ki, əvvəllər məhkum olunmuş və polis nəzarətinə alınmış 28 yaşlı Güven Akkuş qeyri-leqal kəskin radikal sol təşkilat olan "Türkiyənin üsyankar kommunistlər birliyi" təşkilatının üzvü olub.

Polis tərəfindən irəli sürülən versiyalardan birinə görə, o, partlayışı PKK terror təşkilatının maraqlarına əsasən törədib. Bununla yanaşı, digər versiya da araşdırılır. Bu versiyaya əsasən, Akkuş digər obyektdə sol ekstremist təşkilatın marağına əsasən terror aktı planlaşdırıb. Lakin o, polisin qəfil gəlməsindən doğan təlaş nəticəsində partlayıcı qurğunu "Anafatarlar" ticarət mərkəzində işə salıb.

Türkiyə polisi bütün ölkə üzrə genişmiqyaslı antiterror əməliyyatları həyata keçirir. Bu gün İstanbulda Əlibəykey rayonunda PKK ilə əlaqədə şübhəli bilinən 3 nəfər həbs olunub. Onlar terror aktı keçirilməsinin planlaşdırılmasında suçlu biliniblər. Şirnakda dağ rayonlarında həyat keçirilmiş əməliyyatlar zamanı isə terrorçular tərəfindən istifadə olunan 10 sığınacaq aşkar olunub və həmçinin bir neçə avtomat və hərbi sursat müsadirə edilib.

Xəbər lenti

Xəbər lenti