...

MDB icra katibi Azərbaycana hədiyyə ilə gəlir

Dünya xəbərləri Materials 1 İyun 2007 19:58 (UTC +04:00)

Rusiya, Moskva/ Trend müxbir R.Ağayev/ MDB İcraiyyə Komitəsi "MDB humanitar məkanı" layihəsi çərçivəsində Bakıya Azərbaycan kitabxanalarına hədiyyə kimi 298 rus və dünya müəlliflərinin 9180 kitabını göndərəcək. Kitabların tam şəkildə rəsmi təqdimetmə mərasimi bu humanitar yardımı gətirəcək MDB İcraiyyə komitəsinin katibi Vladimr Ruşaylonun səfəri çərçivəsində 5 iyunda baş tutacaq. Bu barədə Azərbaycanın Moskvadakı səfirliyindən məlmat verilib.

Bu nəşrlərin Prezident kitabxanası, M.F.Axundov adına Milli Kitabxana, V.Q.Korolenko adına Mərkəzi şəhər kitabxanası, həmçinin N.Hikmət adına Kitabaxanaya veriləcəyi güman edilir.

Səfirlikdə qeyd ediblər ki, humanitar hədiyyənin çatdırılması üçün tərəf-koordinator kimi Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi, qəbul edən tərəf kimi isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi müəyyən olunub. Hazırda yükün göndərilməsi üçün səfirlik tərəfindən bütün təşkilati məsələlər başa çatdırılıb.

Bu humanitar yardımın məqsədi MDB-də yaşayan millətlərin rus, dünya klassiklərinin və sair müəlliflərin əsərləri ilə tanış olması, həmçinin kitabxana fondlarının zənginləşdirilməsidir. Bütün kitablar 2007-ci ildə rus dilində nəşr olunub.

Xəbər lenti

Xəbər lenti