...

Metyu Brayza Hillari Klintonun Azərbaycanla bağlı mümkün siyasətindən danışdı

Siyasət Materials 13 Aprel 2015 15:15 (UTC +04:00)
ABŞ-ın növbəti prezidentinin kimliyindən asılı olmayaraq, Vaşinqtonda Azərbaycanla əlaqələrin möhkəmlənməsini istəyirlər.
Metyu Brayza Hillari Klintonun Azərbaycanla bağlı mümkün siyasətindən danışdı

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir Anaxanım Hidayətova/

ABŞ-ın növbəti prezidentinin kimliyindən asılı olmayaraq, Vaşinqtonda Azərbaycanla əlaqələrin möhkəmlənməsini istəyirlər.

Bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza Hillari Klintonun yeni prezident seçiləcəyi təqdirdə, ABŞ-ın Cənubi Qafqazda siyasətinin dəyişib-dəyişməməsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan ABŞ-ın işləməyə davam etməli olduğu dost və tərəfdaş ölkədir: "ABŞ-ın Cənubi Qafqaz, xüsusilə də Azərbaycan üzrə siyasətinin dəyişəcəyini düşünmürəm. Növbəti prezidentin kimin seçiləcəyindən asılı olmayaraq, ABŞ-ın Azərbaycana yanaşması energetika, təhlükəsizlik və islahatlar sahəsində ümumi maraqlara əsaslanıb. İstənilən halda prezident Azərbaycanın simasında ABŞ üçün vacib ölkə görəcək".

H.Klintonun prezident seçiləcəyi təqdirdə, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi məsələsində siyasətinin dəyişəcəyinə gəlincə, ekspert qeyd edib ki, o, region və onun problemləri ilə yaxşı tanışdır: "Hillari Klinton ABŞ-ın dövlət katibi olanda mən ATƏT-in Minsk qrupunun həmsədri idim və o, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərlə çox maraqlanırdı. Klintonun dəfələrlə regiona səfər etdiyi məlumdur. Onun prezident seçiləcəyi təqdirdə, münaqişənin nizamlanması ilə bağlı konkret hansı addımlar atacağını indidən deyə bilmərəm, lakin qeyd edə bilərəm ki, Klinton güclü analitik zəkaya malikdir, məsələlərlə yaxşı tanışdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti