...

Dəm qazından boğulan akademikin həyat yoldaşı komadadır

Cəmiyyət Materials 27 Noyabr 2015 14:08 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin həyat yoldaşı Tamara Hacıyeva hazırda komadadır.
Dəm qazından boğulan akademikin həyat yoldaşı komadadır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin həyat yoldaşı Tamara Hacıyeva hazırda komadadır.

Bunu Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dəm qazından zəhərlənmiş T.Hacıyevanın vəziyyəti çox ağır qiymətləndirilir: "Vəziyyıtin gedişatı onu göstərir ki, bu krizis hələ davam edəcək. Onun hələ bir necə gün ərzində komada qalacağı ehtimal edilir. Ancaq indi müayinələr aparılır və müvafiq tədbirlər də görülür".

Qeyd edək ki, FHN işçiləri Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1936-cı il təvəllüdlü Hacıyev Tofiq İsmayıl oğlunun cəsədini və 1 nəfəri huşsuz vəziyyətdə aşkar ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti