...

Bakı-2017: Türkiyə voleybolçuları Türkmənistandan üstün oldular (FOTO)

İdman Materials 11 May 2017 12:50 (UTC +04:00)
Türkiyənin və Türkmənistanın kişi idmançıları qarşılaşıblar.
Bakı-2017: Türkiyə voleybolçuları Türkmənistandan üstün oldular (FOTO)

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində voleybol yarışının ilk günündə Türkiyənin və Türkmənistanın kişi idmançıları qarşılaşıblar.

Trend-in məlumatına görə, A qrupunun favoritlərindən olan Türkiyə voleybolçuları hər üç setdə üstün olublar - 25:16, 25:14 və 25:22.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti