...

Azərbaycanda qış mövsümü ilə bağlı qərargah yaradılıb (FOTO)

Cəmiyyət Materials 4 Dekabr 2012 10:50 (UTC +04:00)
Azərbaycanda qış mövsümündə yollarda yarana biləcək problemlərin həlli üçün qərargah yaradılıb.
Azərbaycanda qış mövsümü ilə bağlı qərargah yaradılıb (FOTO)

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda qış mövsümündə yollarda yarana biləcək problemlərin həlli üçün qərargah yaradılıb.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, qışa hazırlıqla bağlı ASC tərəfindən əmr hazırlanaraq aidiyyəti yol istismar müəssisələrinə göndərilib. Yol istismar müəssisələri tərəfindən həmin əmrin icrası ilə bağlı tədbirlər planı hazırlanaraq müvafiq işlərin görülməsinə başlanılıb.

Mürsəliyev bildirib ki, hər bir yol istismar müəssisəsində 24 saat işləyən növbətçi briqadalar yaradılıb. Həmçinin "Azəryolservis"də qərargah yaradılıb, 24 saat ərzində növbətçilik təşkil olunub.

Qarlı-şaxtalı hava şəraitində yollarda yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə qabaqlayıcı tədbirlərin görüldüyünü deyən mətbuat katibi bildirib ki, avtomobil yollarına mütəmadi baxış keçirilir, yollardakı problemlər aradan qaldırılır, material ehtiyatı (texniki duz, qum, yanacaq və s.), yol texnikası, maşın-mexanizmlər və nəqliyyat vasitələri saz vəziyyətə gətirilir, işçilər xüsusi geyim forması ilə təmin olunur.

"Azəryolservis"də yaradılmış qərargah bu istiqamətdə həyata keçirilən tədbirlər, görülən işləri nəzarətə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti