...

Sürücülər 50 dollar "zibil"ə düşdülər

Dünya xəbərləri Materials 3 İyun 2016 22:39 (UTC +04:00)
Moldovada sürücüləri yola atdıqları zibilə görə cərimələyəcəklər.
Sürücülər 50 dollar "zibil"ə düşdülər

Bakı. Elçin Hüseynov - Trend:

Moldovada sürücüləri yola atdıqları zibilə görə cərimələyəcəklər. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, ölkənin İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiklikləri ölkə parlamenti bu gün qəbul edib.

Yeni qaydaları pozanlar 1000 ley (təxminən 50 dollar) cərimə ediləcək və ya 40-60 saat ərzində ictimai işlərə cəlb olunacaqlar.

Sanksiyalar cinayət başında tutularkən və ya foto və video materialları ilə təsdiq edilən şahid ərizələri əsasında tətbiq oluna bilər.

Parlamentdə müzakirələr zamanı bildirilib ki, Avropa İttifaqı ölkələrində bu cür cərimələr geniş yayılıb. Məsələn, İspaniyada belə qanun pozuntusuna görə 90 avro, böyük həcmdə zibilə görə isə 200 avro cərimə nəzərdə tutulub.

Bundan əvvəl Moldova qanunvericiliyində yalnız ictimai nəqliyyatdan istifadə edən sərnişinlər tərəfindən yollara atılan zibilə görə cərimə nəzərdə tutulurdu.

Xəbər lenti

Xəbər lenti