...

"Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkənin böyük beynəlxalq nüfuzunun təsdiqidir"

Baku 2015 : EUROGAMES Materials 7 May 2015 22:43 (UTC +04:00)
Qarşıdakı Avropa Oyunları bəşəriyyət tarixində ilk dəfə keçiriləcəyinə görə misli görünməmiş hadisədir.
"Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkənin böyük beynəlxalq nüfuzunun təsdiqidir"

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir Cəmilə Əliyeva/

Qarşıdakı Avropa Oyunları bəşəriyyət tarixində ilk dəfə keçiriləcəyinə görə misli görünməmiş hadisədir. Bunu Trend-ə Moldovanın parlament vəkili (ombudsman) Aureliya Qriqoriu deyib.

Onun sözlərinə görə, Oyunların keçirilməsinin Azərbaycana həvalə edilməsi ölkənin böyük beynəlxalq nüfuzundan və dünya ictimaiyyətinin etimadını qazanmasından xəbər verir.

A.Qriqoriu bildirib ki, belə səviyyəli tədbirin təşkili və keçirilməsi böyük həcmdə xərclər və insan resursları tələb edir: "Və Azərbaycan - ölkə rəhbərliyi, sadə vətəndaşlar fantastik iş gördü. Tez-tez ölkənizdə olduğum üçün burada qeyri-adi heç nə görmürəm. Xanım Mehriban Əliyevanın qeyri-adi iş qabiliyyətinin olduğunu bildiyim üçün başqa nəticə gözləmirdim".

O, əlavə edib ki, bir sıra tənqidçilərin Azərbaycana qarşı kiçik, cılız hücumları Azərbaycanın imicini korlaya bilməz: "Hazırda bütün dünya Azərbaycanı etibarlı və davamlı beynəlxalq tərəfdaş kimi qəbul edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti