...

İtaliyada 7 ölkənin tələbələri üçün Avropa Oyunlarının təqdimatı keçirilib

Baku 2015 : EUROGAMES Materials 16 May 2015 17:15 (UTC +04:00)
İtaliyanın Milan şəhərində yerləşən Bocconi Universitetində Bakı-2015 Avropa Oyunlarının təqdimatı keçirilib.
İtaliyada 7 ölkənin tələbələri üçün Avropa Oyunlarının təqdimatı keçirilib

Azərbaycan, Bakı, 16 may /Trend/

İtaliyanın Milan şəhərində yerləşən Bocconi Universitetində Bakı-2015 Avropa Oyunlarının təqdimatı keçirilib.

Trend Təhsil Nazirliyinin saytına istinadən məlumat vetir ki, təqdimat Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində bu universitetin Korporativ maliyyə fakültəsində magistr təhsili alan Yasəmən Xeyirxəbərlinin təşəbbüsü ilə təşkil olunub. Təqdimatda İtaliya, Ukrayna, Çin, Xorvatiya, Bolqarıstan, Norveç və Yunanıstandan olan tələbələr iştirak ediblər.

Təqdimat zamanı iştirakçılara tarixdə ilk dəfə keçiriləcək 1-ci Avropa Oyunları, Oyunların mahiyyəti və Oyunlarda əhatə olunacaq idman növləri haqqında məlumat verilib. Qeyd olunub ki, Bakı şəhərində təşkil olunacaq ilk Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 6200-dən çox idmançı qızıl medallar uğrunda mübarizə aparacaq. Oyunlar zamanı 4-ü qeyri-olimpiya, 16-sı olimpiya olmaqla, ümumilikdə 20 idman növü üzrə 253 yarışın keçirilməsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Təqdimatın gedişatında Avropa Oyunlarının keçiriləcəyi idman tikililəri haqqında fotoşəkillər və Avropa Oyunlarına dair hazırlanmış video-çarx iştirakçıların diqqətinə çatdırılıb. İştirakçılara Azərbaycan, onun tarixi və dəyərləri, eləcə də burada Oyunlar zamanı turistlər üçün yaradılacaq imkanlar haqqında məlumat verildiyi təqdimat iştirakçılarla fikir mübadiləsi ilə davam edib. İştirakçıların Avropa Oyunları ilə bağlı sualları cavablandırılıb və Avropa Oyunları iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti