...

I Avropa Oyunları zamanı istifadə ediləcək xüsusi zolaqdan gələcəkdə istifadə qaydaları açıqlandı

Baku 2015 : EUROGAMES Materials 20 May 2015 14:01 (UTC +04:00)
I Avropa Oyunları zamanı istifadə ediləcək xüsusi zolaqlardan gələcəkdə yalnız xüsusi təyinatlı maşınlar (təcili yardım və yanğınsöndürmə maşınlar) və avtobuslar istifadə edə biləcəklər.
I Avropa Oyunları zamanı istifadə ediləcək xüsusi zolaqdan gələcəkdə istifadə qaydaları açıqlandı

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir Azad Həsənli/

I Avropa Oyunları zamanı istifadə ediləcək xüsusi zolaqlardan gələcəkdə yalnız xüsusi təyinatlı maşınlar (təcili yardım və yanğınsöndürmə maşınlar) və avtobuslar istifadə edə biləcəklər.

Trend-in məlumatına görə, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə bildirib.

Nazir müavini bildirib ki, zolaqların bir hissəsi yalnız Oyunlar zamanı işləyəcək, qalan hissəsi isə Oyunlardan sonra ictimai nəqliyyatın hərəkəti üçün istifadə ediləcək:

"Çünki Bakı əhalisinin çoxu - gündə ortalama 1,5 milyon nəfər - avtobuslardan istifadə edir. Buna görə də onlar üçün şərait yaratmaq vacibdir. Hazırda bu zolaqlar dayanacaqsız gediş üçün nəzərdə tutulduğundan, yola yaxın zolaqlardan yararlanılır, lakin sonra avtobuslar üçün sağ tərəfə yaxın zolaqlar ayrılacaq. Gələcəkdə təcili yardım və yanğınsöndürmə maşınları da xüsusi zolaqlardan istifadə edə biləcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti