...

Avropa Oyunlarında Estoniya komandasının bayraqdarı məlum oldu

Baku 2015 : EUROGAMES Materials 30 May 2015 00:17 (UTC +04:00)
Estoniya komandası Bakı-2015-də bayraqdar Heiki Nabinin liderliyində 59 idmançı ilə təmsil olunacaq.
Avropa Oyunlarında Estoniya komandasının bayraqdarı məlum oldu

Azərbaycan, Bakı, 30 may /Trend/

Estoniya komandası Bakı-2015-də bayraqdar Heiki Nabinin liderliyində 59 idmançı ilə təmsil olunacaq. İlk Avropa Oyunlarının açılış mərasimində bayrağı daşımaq məhz Nabiyə həvalə olunub.

Trend Bakı-2015-in saytına istinadən məlumat verir ki, ikiqat dünya çempionu H.Nabi hələ London 2012-də yunan-Roma güləşi üzrə 120 kq çəki dərəcəsində Olimpiya Oyunlarının gümüş medalını qazanıb.

Estoniya komandasının tərkibində, həmçinin şpaqa üzrə qılıncoynadanlardan ibarət güclü heyət daxildir. Bu idmançılar arasında ikiqat dünya çempionu Nikolay Novosjalov, 2013-cü ildə qadınlar arasında fərdi növ üzrə Avropa titulunun sahibi Culiya Belyayeva, 2013-cü ildə komanda yarışlarında qızıl medal və 2014-cü il dünya çempioantının komanda yarışlarında gümüş medalların sahibləri İrina Embirç və Erika Kirpu var.

Cüdoçu Künter Rotberq 2006-cı ildə də Avropa bürünc medalına yiyələnib. Yunan-Roma güləşçisi Ardo Arussar və atıcılıq üzrə idmançı Anzela Varonova London-2012-də iştirak ediblər. Dağ velosipedi idmanı üzrə Maaris Meyer 2004-cü il Afina Olimpiya Oyunlarının iştirakçısı olub.

Bakı-2015-də iştirak edəcək Estoniya komandasının tam tərkibi:

Kamandan oxatma: Jaanus Qross, Laura Nurmsalu

Badminton: Kristin Kuuba, Raul Must, Helina Rüütel, Kati Tolmoff

Basketbol 3x3: Martin Dorbek, Renato Lindmets, Ardi Oja, Siim Raudla

Çimərlik voleybolu: Kristo Kollo, Rivo Vesik

Boks: Kaupo Arro, Andrey Hartšenko, Ainar Karlson, Rain Karlson

BMX velosiped idmanı: Ketlin Tekkel

Dağ velosipedi idmanı: Martin Lu, Maaris Meier

Şose velosipedi idmanı: Martin Laas, Aksel Nommela, Risto Raid, Liisi Rist, Mihkel Raim

Qılıncoynatma: Culia Belyayeva, İrina Embriç, Erika Kirpu, Katrina Lehis, Nikolay Novosjolov

Cüdo: İlyas Avir, Aleksandr Marmeljuk, Cuhan Mettis, Qriqori Minaşkin, Künter Rotberq, Yevqeni Saleyev, Kristiyan Töniste

Atıcılıq: Meelis Kiisk, Piter Olesk, Vera Rumyantseva, Anjela Varonova

Üzgüçülük: Maksim Akavantsev, Kertu Ly Alnek, Andrey Qusev, Silver Hein, Verner-Erix Kulla, Marqaret Markvardt, Karel Seli, Kevin Anders Siim, Daniel Zaitsev, Nikita Çernoşev

Triatlon: Aleksandr Latin, Kaidi Kivioja

Yunan-Roma güləşi: Erik Aps, Ardo Arusaar, Heiki Nabi, Silver Toqen

Sərbəst güləş: Aleksey Baskakov, Raqnar Kaasik, Epp Mae

Məqalədə:
Xəbər lenti

Xəbər lenti