...

I Avropa Oyunları zamanı "Bank VTB (Azərbaycan)"ın bankomat və POS-terminalları fasiləsiz işləyəcək

Baku 2015 : EUROGAMES Materials 5 İyun 2015 12:12 (UTC +04:00)
I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan üçün çox əhəmiyyətli hadisədir və “Bank VTB (Azərbaycan)” da öz ölkəsi ilə birgə bu böyük tədbirə hazırlaşır.
I Avropa Oyunları zamanı "Bank VTB (Azərbaycan)"ın bankomat və POS-terminalları fasiləsiz işləyəcək

Azərbaycan, Bakı, 5 iyun /Trend/

I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan üçün çox əhəmiyyətli hadisədir və "Bank VTB (Azərbaycan)" da öz ölkəsi ilə birgə bu böyük tədbirə hazırlaşır. Trend-in məlumatına əsasən, bunu "Bank VTB (Azərbaycan)"ın İdarə Heyətinin sədri Yuri Yakovlev deyib.

O bildirib ki, I Avropa Oyunlarının keçirildiyi dövrdə Bakı çox sayda qonaq qəbul edəcək və onlar burada bank xidmətlərindən də yararlanacaqlar. Bununla əlaqədar olaraq, "Bank VTB (Azərbaycan)" filiallarında xarici qonaqlara xidmət göstərmək üçün hər cür şərait yaradır: "Məsələn, "Bank VTB (Azərbaycan)"ın yeni təlim mərkəzində müştərilərə xidmət səviyyəsini daha da artırmaq məqsədi ilə bankın əməkdaşlarına təlimlər keçirilir. Bankın bütün bölmələrində qonaqları peşəkar personal qarşılayacaq və onlara geniş spektr bank xidmətlərindən istifadə etməyə kömək edəcək. Filiallarımız rahat ünvanlarda yerləşdiyi üçün şəhərin qonaqları onları asanlıqla tapa biləcək. "Bank VTB (Azərbaycan)"ın üstünlüyü ondadır ki, biz bir çox ölkədə nümayəndəlikləri olan beynəlxalq "VTB Qrupu"nun üzvüyük. Əcnəbilərin əksəriyyəti artıq bu brendlə tanışdır. VTB kartı olan xarici qonaqlar bizim bankomat və POS-terminallarımız vasitəsi ilə əlavə komissiya olmadan əməliyyatlar apara bilərlər. Bakıda I Avropa Oyunlarının keçirilməsi zamanı onların fasiləsiz və dayanıqlı işləməsini təmin edəcəyik. "Bank VTB (Azərbaycan)"ın bütün bankomatları kifayət qədər yerli və xarici valyuta ilə təmin olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti