...

İsraildəki Azərbaycan yəhudiləri Bakı 2015 Oyunları ilə əlaqədar Avropa Parlamentinə müraciət edib

Baku 2015 : EUROGAMES Materials 12 İyun 2015 12:54 (UTC +04:00)
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) Bakı 2015 I Avropa Oyunları ilə əlaqədar Avropa Parlamentinə müraciət ünvanlayıb.
İsraildəki Azərbaycan yəhudiləri Bakı 2015 Oyunları ilə əlaqədar Avropa Parlamentinə müraciət edib

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İlkin İzzət/

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) Bakı 2015 I Avropa Oyunları ilə əlaqədar Avropa Parlamentinə müraciət ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətdə deyilir ki, minlərlə idmançının səbirsizliklə gözlədiyi I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan və ölkənin rəhbərliyi bütün imkanlarını səfərbər edib. Müraciət müəllifləri Avroviziya-2012 mahnı müsabiqəsinin keçirilməsini xatırladaraq Azərbaycanın belə möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etməyə qadir olduğunu parlamentarilərin diqqətinə çatdırır.

Müraciət müəllifləri vurğulayır ki, xalqlar arasında dostluğu möhkəmləndirmək, gəncləri birləşdirmək, mehriban qonşuluq siyasətini inkişaf etdirmək, nəhayət, SSRİ-nin dağılmasından sonra müstəqillik qazanmış dünyanın ən gözəl ölkələrindən birini tanıtmaq üçün beynəlxalq idman yarışları və mahnı müsabiqələrinin təşkili təqdirəlayiqdir: "Ermənistanla müharibə şəraitində olmasına, 20 fazidən artıq ərazisinin işğal olunmasına baxmayaraq, Azərbaycan I Avropa Oyunlarına erməni idmançılarını da dəvət edib. Çünki idman hər zaman siyasətdən kənarda olub və siyasətçilər idmançıların işinə qarışmamalıdırlar. İdman və mədəniyyət sözdə deyil, əməldə sülhə və dostluğa xidmət etməlidir. Amma Avropa Parlamentində baş verən son hadisələr göstərir ki, bir çoxları idman yarışlarını özlərinin siyasi intriqalarını gerçəkləşdirmək məqsədilə istifadə etməyə cəhd edirlər".

Müraciətdə İsrailin də uzun illər boyu bir sıra ölkələr və beynəlxalq təşkilatlar tərəfindən sərt tənqidlərə məruz qaldığı, lakin bütün müharibələrdən şərəflə çıxdığı və hazırda bir sıra dövlətlərin qısqanclıqla yanaşdığı bir ölkəyə çevrildiyi xatırladılır. Ölkəmizi bu baxımdan İsraillə müqayisə edən təşkilat üzvləri qeyd edirlər ki, Azərbaycanın sərvəti, ağlasığmaz iqtisadi imkanları, müharibə şəraitində olmasına baxmayaraq, davamlı inkişaf etməsi, bölgədə iqtisadi və siyasi liderliyini təsdiqləməsi faktı ilə barışa bilməyənlər bu gün Azənrbaycana qarşı qarayaxma kampaniyası aparmağa cəhd edirlər: "Şübhəsiz ki, Azərbaycanın ünvanına yağdırılan böhtanlar hələ çox danışılacaq. Çünki Uinston Çörçilin təbirincə desək, "həqiqət paltarını geyinənə qədər yalan dünyanın yarısını dolanır".

Müraciət müəllifləri hesab edir ki, Azərbaycan ikili standatrlar dünyasında öz nüfuzu uğrunda mübarizə aparmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti