...

Bakıda iyunun 19-21-də bəzi yollar bağlanacaq

Baku 2015 : EUROGAMES Materials 17 İyun 2015 14:31 (UTC +04:00)
İyunun 19-21-də Bakıda bəzi yolların bağlanacağı bildirilir.
Bakıda iyunun 19-21-də bəzi yollar bağlanacaq

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İlkin İzzət/

İyunun 19-21-də Bakıda bəzi yolların bağlanacağı bildirilir.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, Bakı 2015 Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında keçiriləcək yol velosiped yarışı ilə əlaqədar olaraq, iyunun 19-dan 21-ə kimi Bakının bəzi mərkəzi yollarında nəqliyyatın hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Yol velosiped yarışının marşrutu və nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı yollar barədə tam məlumat xəritədə göstərilib:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti