...

Final mərhələsinə yüksələn Azərbaycanın akrobatika üzrə qadınlardan ibarət komandası çıxışlarını şərh etdilər (FOTO)

Baku 2015 : EUROGAMES Materials 17 İyun 2015 16:26 (UTC +04:00)
Azərbaycanın akrobatika gimnastikası üzrə qadınlardan ibarət komandası I Avropa Oyunları çərçivəsində 27.680 ballıq nəticə ilə balans hərəkətləri üzrə yarışlarda final mərhələsinə yüksəlib.
Final mərhələsinə yüksələn Azərbaycanın akrobatika üzrə qadınlardan ibarət komandası çıxışlarını şərh etdilər (FOTO)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanın akrobatika gimnastikası üzrə qadınlardan ibarət komandası I Avropa Oyunları çərçivəsində 27.680 ballıq nəticə ilə balans hərəkətləri üzrə yarışlarda final mərhələsinə yüksəlib.

Komandanın üzvləri Trend-ə müsahibələri zamanı çıxışlarından razı qaldıqlarını və ilk mərhələdə qarşılarına qoyduqları məqsədə nail olduqlarını bildiriblər.

Komandanın üzvü Aynur Hüseynova çıxışlarının yaxşı olduğunu bildirib: "Çıxışımız yaxşı oldu. Xırda səhvlər oldu. Həmişəki kimi, onlardan qaçmaq mümkün olmur, amma ümumilikdə çıxışımızdan razıyıq. Əsas odur ki, finala vəsiqə qazandıq. Buna görə də çox sevinirik. İnanırıq ki, finalda daha yaxşı çıxış edəcəyik".

Komandanın digər üzvü Lalə Hüseynova da çıxışlarından razı qaldıqlarını bildirərək final mərhələsində medal əldə edəcəklərinə inandığını bildirib: "Bunun üçün çox çalışacağıq. Ümidimiz var ki, ilk üçlüyə düşək və ölkəmizə medal qazandıraq".

Qrupun ən kiçik üzvü Nərmin Ramazanova da çıxışlarını yaxşı qiymətləndirib.

Komandanın məşqçisi Dürdanə Əhmədova öz yetirmələrindən razı qaldığını bildirib: "Mən öz tələbələrimdən razıyam. Bu yarış üçün çox çalışıblar, çox gərgin məşqlər keçiblər. Demək olar ki, bu yarışa hazırlıqda heç dincəlməyiblər. Ancaq gimnastlarımızın yarışlardakı çıxışları göstərdi ki, bizim bu əziyyətimiz hədər getməyib".

D.Əhmədova komanda olaraq ən birinci məqsədlərinə nail olduqlarını bildirib: "Ən birinci məqsədimiz o idi ki, finala yüksələk. Üzərimizdə daha gərgin işləyəcəyik ki, finalda daha yaxşı çıxış edək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti