...

Azərbaycan gimnastı Avropa Oyunlarında çıxışından razıdır

Baku 2015 : EUROGAMES Materials 19 İyun 2015 17:49 (UTC +04:00)
I Avropa Oyunlarında bədii gimnastika yarışlarında final mərhələsinə adlayan Azərbaycan gimnastı Marina Durunda ümumilikdə çıxışından razıdır.
Azərbaycan gimnastı Avropa Oyunlarında çıxışından razıdır

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Maksim Tsurkov/

I Avropa Oyunlarında bədii gimnastika yarışlarında final mərhələsinə adlayan Azərbaycan gimnastı Marina Durunda ümumilikdə çıxışından razıdır. Trend-in məlumatına görə, bu barədə gimnast jurnalistlərə bildirib.

O, yaxşı çıxış etdiyini düşünür: "Proqramın birinci növündə səhvə yol verdim, ona görə də gürzlərlə hərəkətdə final mərhələsinə çıxa bilmədim. Lakin qalan üç hərəkətdə çıxışım yüksək səviyyədə idi. Əlbəttə, daha yaxşı etmək olardı, mükəmməllikdə sərhəd yoxdur, ancaq bu idmandır".

M.Durunda müəyyən həyəcanın da olduğunu deyib: "Çünki doğma divarlar arasında çıxış edirik, bütün ölkə bizi dəstəkləyir, bizə inanır və bizə görə həyəcan keçirir. Belə dəstəklə finalda medal uğrunda mübarizə apara biləcəyimi düşünürəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti