Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İsabalayeva/
"Eurovision 2011" musabiqəsinin qaliblərindən olan Nigar Camal kinoya çəkilmək üçün dəvət alacağı təqdirdə, onu məmnuniyyətlə qəbul edəcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı keçirilən mətbuat konfransında Nigar Camal bildirib.
O deyib ki, ən böyük arzusu aktrisa olmaqdır.
Müsabiqənin digər azərbaycanlı qalibi Eldar Qasımov isə bildirib ki, Azərbaycanı dünyada yalnız pop, estrada mahıları ilə təmsil etməyəcək.
Muğam dərsləri almaq niyyətində olduğunu deyən Qasımov bütün Avropanın başa düşə biləcəyi beynəlxalq albom hazırlamağı planlaşdırdığını da söyləyib.
Qasımov xalqın sevincinin onlar üçün ən böyük hədiyyə olduğunu da əlavə edib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru İsmayıl Ömərov isə deyib ki, belə seçim etdikləri üçün Münsiflər Heyətinə təşəkkür edir.
"Hər şeyin əsası seçimdən asılıdır. Hər biriniz şahidi oldunuz ki, son seçimdə Münsiflər Heyətinin üzvləri zala nə qədər gec daxil oldular. Münsiflər Heyətinin yekdil qərarı ilə 2 nəfəri seçdik. Bu, ən ideal seçimdir. Onların həm məlahətli səsləri, həm də tamaşaçıları ovsunlamaq qabiliyyəti var", - Ömərov deyib.
"Eurovision 2011"-in qalibi Azərbaycan muğamını öyrənəcək
"Eurovision 2011" musabiqəsinin qaliblərindən olan Nigar Camal kinoya çəkilmək üçün dəvət alacağı təqdirdə, onu məmnuniyyətlə qəbul edəcək.
