Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir Ş.Cavadsoy/
Azərbaycanın xalq artisi, tanınmış estrada müğənnisi Aygün Kazımovanın repertuarında çox dinlənilən "Yenə tək" mahnısının "Yine tek" adı ilə Türkiyənin pop-divası Ajda Pekkanın repertuarına daxil olması yeni xəbər deyil. Yenilik ondadır ki, illərdən bəri birinciliyi heç bir həmkarı ilə paylaşmayan super-star bu mahnıya klip çəkdirmək niyyətindədir.
Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözləri meyxanaçı Namiq Qaraçuxurluya, musiqisi Minayə xanıma məxsus olan "Yine tek"in qısa müddətdə Türkiyə hit-paradlarında yer alması Ajda Pekkanı bu addımı atmağa vadar edib. CNN Türk-də "Saba Tümerle bu gece" proqramının mövsüm buraxılışına təşrif buyuran müğənni tamaşaçıların istəyi ilə mahnını bir neçə dəfə oxuyub və bəstənin tarixçəsi barədə məlumat verib. Qeyd edək ki, mahnının sözləri türk dilinə çevrilsə də, ümumi mövzuya xələl gətirməyib.
Trend olaraq, Ajda Pekkanın son günlər dilindən düşməyən "Yine tek" mahnısını video linkdə Sizə təqdim edirik.