...

Azərbaycanın tanınmış mügənnisinin yol əhvalatı (FOTO)

Mədəniyyət Materials 3 Sentyabr 2011 14:53 (UTC +04:00)
Ötən gün Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva İsmayıllı rayonunda artıq ənənəyə çevrilmiş "Təhsil bayramı"nda iştirak etmək üçün sözügedən rayona səfər etdi.
Azərbaycanın tanınmış mügənnisinin yol əhvalatı (FOTO)

Azərbaycan, İsmayıllı, 3 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Ötən gün Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva İsmayıllı rayonunda artıq ənənəyə çevrilmiş "Təhsil bayramı"nda iştirak etmək üçün sözügedən rayona səfər etdi. Bakıdan çıxdığımız zaman yaşadığımız yol əhvalatından bəhs etmək istərdim. Musiqiçilər məşq etməkdən ötrü xalq artistindən öncə İsmayıllıya getdikləri üçün yaxın qohumları və oğlu Əkbər, eləcədə meneceri Mikayıl Hüseynov, operator Heybət və mənim də içində olduğum avtomobillər paytaxtdan saat 16:00 radələrində yola düşdü.

Qobustan rayonunun Mərəzə qəsəbəsindən keçdiyimiz zaman xoş olmayan situasiya yaşandı. Bizim olduğumuz "Pajero" markaları avtomobilin arxa təkərinin anidən partlaması hamımızı yolda dayanmağa məcbur etdi. Avtomobilin ehtiyat təkəri olsa da, qərara gəlindi ki, partlayan təkər yaxınlıqda yerləşən təmir məntəqəsinə aparılsın. Bir neçə dəqiqə yol kənarında dayandıq. Bu zaman ərzində yoldan keçən avtomobillərin sürücüləri maşınlarını saxlayıb, hansısa köməyə ehtiyac olub-olmaması ilə maraqlanırdılar. Nəhayət ki, təkər təmirdən gətirildi. Məlum oldu ki, təkərə böyük ölçülü mismar batıb. Gözə-nəzərə inanmayan Dostəliyeva sürcüsü Raminə avtomobili yavaş sürətlə idarə etməyi tapşırdı və hamılıqla yenidən yolumuza davam etdik.

Şəhərdən uzaqlaşdıqca gözəl təbiətin sehri məni yol boyu foto-aparatı əlimdən yerə qoymamağa vadar etdi. Avtomobilin pəncərəsindən İsmayıllı dağlarını füsünkar gözəlliyini və yolda göz oxşayan mənzərələri lentə almağa çalışırdım.

"Yol əhvalatı"mız bir az ürəkaçmayan məqamlarla yadda qalsa da, İsmayıllı rayonunun mərkəzi meydanında bayram coşqusunu gördükdən sonra hər şeyi unutduq. Və beləcə konsert hazırlıqlarına başlanıldı.

Konsert haqqında ətraflı foto-reportajı daha sonra sizlərə təqdim edəcəyik.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti