...

Müğənni Xuraman Şuşalı gözləməkdən yorulub

Mədəniyyət Materials 14 Sentyabr 2011 15:17 (UTC +04:00)
Oğul anası olduqdan sonra yaradıcılığına kiçik fasilə verməyə məcbur olan populyar estrada müğənnisi Xuraman Şuşalı yenidən yarımçıq qalmış işlərini davam etdirməyi qarşısına məqsəd qoyub. Trend-ə danışan müğənni deyir ki, onun üçün ən vacibi dinləyicilərə çoxdan vəd verdiyi musiqi albomunu qısa zamanda təqdim etməkdir.
Müğənni Xuraman Şuşalı gözləməkdən yorulub

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Oğul anası olduqdan sonra yaradıcılığına kiçik fasilə verməyə məcbur olan populyar estrada müğənnisi Xuraman Şuşalı yenidən yarımçıq qalmış işlərini davam etdirməyi qarşısına məqsəd qoyub. Trend-ə danışan müğənni deyir ki, onun üçün ən vacibi dinləyicilərə çoxdan vəd verdiyi musiqi albomunu qısa zamanda təqdim etməkdir.

"Açığı, özüm yorulmuşam gözləməkdən. Albomda yer alacaq mahnıların əksəriyyəti hazır olsa da, albomu heç cür ərsəyə gətirə bilmirəm. İki il əvvəl toyum oldu, ardından ana olmaq xoşbəxtliyini yaşadım, indi də bütün gücümü övladıma sərf edirəm. Artıq mən də albom istəyən pərəstişkarlarımın üzünə baxa bilmirəm. Konkret tarix açıqlamaq niyyətində də deyiləm, çünki öncədən danışmaq mənə düşmür. Hazırlıqları davam etdirirəm. Yəqin ki, istədiyim musiqi toplusunu hazırlamağın öhdəsindən gələrəm", - Şuşalı dedi.

Məlumat üçün bildirək ki, müğənninin "Ola bilməz" adını verdiyi ilk albomu 2007-ci ildə satışa çıxmışdı. Və o vaxtdan bugünə kimi Xuraman ikinci albomunu üzə çıxarmaq həvəsi ilə yaşayır.

Xəbər lenti

Xəbər lenti