...

Teleaparıcılar aralarındakı isti münasibəti göstərməkdən qorxmadılar (FOTO)

Mədəniyyət Materials 4 Noyabr 2011 19:09 (UTC +04:00)
Teleaparıcı, şoumen Tural Əsədovla müğənni-aparıcı Aygün Rəhimova ciddi-cəhdlə münasibətlərinin sevgi müstəvisindən uzaq olduğunu söyləsələr də, yayımladığımız fotolar heç də bu mənanı kəsb etmir.
Teleaparıcılar aralarındakı isti münasibəti göstərməkdən qorxmadılar (FOTO)

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir Ş.Cavadsoy/

Teleaparıcı, şoumen Tural Əsədovla müğənni-aparıcı Aygün Rəhimova ciddi-cəhdlə münasibətlərinin sevgi müstəvisindən uzaq olduğunu söyləsələr də, yayımladığımız fotolar heç də bu mənanı kəsb etmir.

Açıq hava konsertlərinin birində aparıcı kimi çıxış etdikləri zaman Trend-in fotokamerasına tuş gələn cütlük, həmişə olduğu kimi, yenə də kompleksizliklərinə sadiq qaldılar. Dəqiqələr artıqca soyuq havada qızışmağın mümkünsüzlüyünü anlayan dostlar çıxış yolunu səhnədən eşidilən musiqilərin sədası altında rəqs etməkdə gördülər. Uzaqdan apardığımız çəkilişi dayandırıb onlara yaxınlaşdıq və sevgili kimi bir-birilərinə çox yaraşdıqlarını söylədik.

Təbrikimizdən xoşhal olmayan Aygün dərhal özünümüdafiəyə keçdi. "Xeyr, biz Turalla sevgili-filan deyilik. İllərdən bəri dostluğumuz var və biz dost kimi isti münasibətləri nümayiş etdirməkdən nə üçün qorxmalıyıq? Tural sevdiyi xanımla evlidir, xoşbəxt həyat yaşayır. Mən də tək deyiləm. Səmimiyyətlə sevgini qarışdırmağa qarşıyam", - Aygün belə dedi.

Xanım həmkarının sözlərinin təsdiqi kimi Tural da qorxaq olmadığını, əgər hansısa xanımla münasibəti olarsa belə, bunu gizli saxlamağa lüzum görmədiyini söylədi. "Sevgi dolu həyatımdan o qədər zövq alıram ki, sevdiyim xanımımdan başqa gözüm kimsəni görmür. Qorxaq yox, xoşbəxt kişiyəm. Aygünə gəldikdə isə o, yaxşı və istedadlı qızdır. Tanışlığımız uzun illərə söykəndiyi üçün həyat yoldaşımın qısqanclığından söhbət belə gedə bilməz. Bir də bizim ailə təməlimiz etibar, inam üzərində qurulub. Məncə, bundan artıq şərhə ehtiyac yoxdur", - Tural fikirlərini bu cür izah etməyə çalışdı.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti