...

"Eurovision 2012"-nin aksesuarları hazırlanır

Mədəniyyət Materials 31 Yanvar 2012 13:22 (UTC +04:00)
"Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edən hər bir ölkədə olduğu kimi, bu il Azərbaycanda da müsabiqə ilə bağlı xüsusi aksesuarlar satışa çıxarılacaq.
"Eurovision 2012"-nin aksesuarları hazırlanır

Azərbaycan, Bakı, 31 yanvar / Trend müxbir İ.İsabalayeva/

"Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edən hər bir ölkədə olduğu kimi, bu il Azərbaycanda da müsabiqə ilə bağlı xüsusi aksesuarlar satışa çıxarılacaq.

Trend-in "Eurovison-2012" mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Eurovision" mahnı müsabiqəsinin təşkilati məsələlər üzrə rəhbəri Sietse Bekker bildirib ki, "Light your fire" şüarı altında keçiriləcək 57-ci "Eurovision" mahnı müsabiqəsi ilə bağlı müxtəlif aksesuarların hazırlanması prosesinə başlanılıb.

"Müxtəlif keyfiyyətdə və fərqli qiymətlərə olan məhsullar üzərində iş gedir. Satışa çıxarılacaq aksesuarlar hər bir şəxsin büdcəsinə uyğun olacaq. Bu aksesuarlar tezliklə satışa çıxarılacaq", - Bekker əlavə edib.

Onun bildirdiyinə görə, müsabiqə yaxınlaşdıqca Bakının müxtəlif yerlərində aksesuarların satış nöqtələri fəaliyyətə başlayacaq. Bununla yanaşı, "Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi "Baku Crystal Hall"un daxilində də aksesuarların satışı təşkil olunacaq.

Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.

May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.

57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq meydanında inşa olunan "Baku Crystal Hall"da baş tutacaq.

Xəbər lenti

Xəbər lenti