...

Uitni Hyustonun ölümünə səbəb onun qəbul etdiyi dərman ola bilər (ƏLAVƏ OLUNUB)

Mədəniyyət Materials 13 Fevral 2012 08:12 (UTC +04:00)
Məşhur müğənni Uitni Hyuston bazar gününə keçən gecə vəfat edib. Bu barədə məlumatı müğənninin rəsmi nümayəndəsinə istinadən Assoşieyted Press agentliyi yayıb.
Uitni Hyustonun ölümünə səbəb onun qəbul etdiyi dərman ola bilər (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər fevralın 12-də 11:42-də yayılıb)

Azərbaycan, Bakı, 12 fevral / Trend /

Məşhur müğənni Uitni Hyuston bazar gününə keçən gecə vəfat edib. Bu barədə məlumatı müğənninin rəsmi nümayəndəsinə istinadən Assoşieyted Press agentliyi yayıb.

Hyustonun ölümünün səbəbi barədə rəsmi məlumat yoxdur.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, 2010-cu ilin mart ayında Hyuston alkoqol və narkotik asılılığından ambulator müalicə kursu keçib.

Hyuston 2009-cu ildə kritiklər tərəfindən yüksək qiymətləndirilən yeni "I Look to You" albomunu buraxmışdı. Həmin vaxt müğənni sağlam olduğunu bildirsə də, onun bir sıra çıxışları səhhəti ilə əlaqədar təxirə salınmışdı, pərəstişkarları isə onun çıxışlarını tənqid etmişdilər.

2000-ci illərin əvvəlindən başlayaraq mətbuatda tez-tez müğənninin narkotik asılılığı barədə xəbərlər dolaşırdı.

Hyuston ən çox mükafata sahib olan aktrisa kimi Ginnesin rekordlar kitabına düşüb. 11 yaşından başlayan yaradıcılıq fəaliyyəti ərzində Hyuston altı Qremmi, 15 "Billboard Music Awards", 21 "American Music Awards", 2 "Emmy" və digər mükafatlar alıb.

TMZ internet portalının yaydığı məlumata görə, müğənni "Xanax" ("Alprazolam") adlı psixotrop dərman preparatını qəbul edirdi. Bu isə onun yatmasına və nəticədə vannada boğularaq ölməsinə səbəb ola bilər.

Hyustonun meyitinin yarılması nəticəsində onun ağ ciyərində su aşkar olunub. Bu onu göstərir ki, müğənni vannada yataraq və ya huşunu itirərək suda boğulub.

Xəbər lenti

Xəbər lenti