...

70 yaşlı nənələr yenidən "Eurovision"a qayıtdılar

Mədəniyyət Materials 2 Mart 2012 17:59 (UTC +04:00)
Martın 7-də Rusiyanın "Eurovision 2012" üzrə milli finalında 25 iştirakçı arasında ölkə təmsilçisi adı uğrunda yarışacaq maraqlı namizədlər sırasında 70 yaşlı nənələr də var.
70 yaşlı nənələr yenidən "Eurovision"a qayıtdılar

Azərbaycan, Bakı, 2 mart /Trend/

Martın 7-də Rusiyanın "Eurovision 2012" üzrə milli finalında 25 iştirakçı arasında ölkə təmsilçisi adı uğrunda yarışacaq maraqlı namizədlər sırasında 70 yaşlı nənələr də var.

Trend-in cümə günü müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, "Buranovskiye babuşki" qrupu Rusiyanın Udmurtiya Respublikasının Malopurqinsk rayonundandır. Bu qrup "Eurovision" fanatlarına 2010-cu ildən məlumdur. Həmin il Rusiyanın milli seçimlərində çıxış edən qrupu zaldakı tamaşaçılar ayaqüstə alqışlarla qarşılamışdı. Milli seçimlərin üçüncüsü olan nənələr həmin vaxt yüksək tamaşaçı rəğbəti qazanmışdı. Onların seçimlərdəki çıxışının videosunu isə bir sutka ərzində 30 mindən çox istifadəçi izləmişdi.

40 ildən artıqdır fəaliyyət göstərən "Buranovskiye babuşki" qrupunun üzvləri özlərini peşəkar saymırlar, amma hər şeyi sevə-sevə etdiklərini bildirirlər. Ən maraqlısı isə budur ki, ümumxalq sevgisi qazanan və bütün zalı coşqulandırmağı bacaran nənələr nəinki folklor, dünyaşöhrətli "The Beatles", "Queen" kimi qrupların, Boris Qrebenşikov və Viktor Soyun repertuarından mahnılar da ifa edirlər. Amma doğma udmurt dilində.

"Buranovskiye babuşki" martın 7-də milli finalda 24-cü çıxış edəcək. Qalib gələcəkləri təqdirdə may ayında Rusiyanı Bakıda məhz onlar təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti