...

Serbiya "Eurovision 2012" mahnısını təqdim edir

Mədəniyyət Materials 10 Mart 2012 14:14 (UTC +04:00)
Serbiyanın "Eurovision 2012" təmsilçisi Zeljko Yoksimoviç (Zeljko Joksimovic) bu gün müsabiqə mahnısını təqdim edəcək.
Serbiya "Eurovision 2012" mahnısını təqdim edir

Azərbaycan, Bakı, 10 mart /Trend/

Serbiyanın "Eurovision 2012" təmsilçisi Zeljko Yoksimoviç (Zeljko Joksimovic) bu gün müsabiqə mahnısını təqdim edəcək.

Trend müsabiqənin rəsmi saytına istinadən məlumat verir ki, müğənni ölkənin ictimai yayımçısı RTS telekanalının simfonik orkestrinin müşaiyəti ilə hazırladığı mini konsertin sonunda "Eurovision" mahnısını səsləndirəcək.

Mahnının təqdimetmə mərasimində Azərbaycanın "Eurovision" mahnı müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmova da iştirak edəcək.

Xatırladaq ki, Zeljko Yoksimoviç "Eurovision 2004"-də Serbiya və Monteneqronu təmsil edərək 2-ci yerə layiq görülmüşdü. Zeljko, həmçinin, Bosniya və Herseqovinaya "Eurovision 2006"-da 3-cü yeri qazandıran "Lejla" mahnısının müəllifidir. Müğənni "Eurovision 2012"-də ifa edəcəyi mahnını özü bəstələyib.

Xəbər lenti

Xəbər lenti