...

Artıq 41 ölkə "Eurovision 2012" təmsilçisini müəyyənləşdirib

Mədəniyyət Materials 13 Mart 2012 18:37 (UTC +04:00)
Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsində iştirak edəcək 42 ölkədən 41-nin təmsilçisi bəllidir.
Artıq 41 ölkə "Eurovision 2012" təmsilçisini müəyyənləşdirib

Azərbaycan, Bakı, 13 mart /Trend/

Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsində iştirak edəcək 42 ölkədən 41-nin təmsilçisi bəllidir.

Trend müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, 57-ci "Eurovision" mahnı müsabiqəsinin iştirakçısı olan ölkələrdən yalnız San Marino təmsilçisini müəyyənləşdirməyib.

Bu ölkə Bakı səhnəsində çıxış edəcək ifaçını martın 16-da seçəcək. Milli finalda yarışacaq ifaçıların adı isə hələlik məlum deyil. Sabah San Marinonun milli yayımçısı olan "SMTV" kanalı Milli finalda çıxış edəcək müğənnilərin adlarını açıqlayacaq.

Həmin gün ölkənin "Eurovision 2012" mahnısı da bəlli olacaq. Ölkənin milli final şousunu "SMTV"nin rəsmi saytı vasitəsilə izləmək olacaq.

Xəbər lenti

Xəbər lenti