...

Bakıda Qazaxıstan Kinosu Günləri keçiriləcək

Mədəniyyət Materials 27 Mart 2012 16:49 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi Qazaxıstanın Azərbaycandakı səfirliyi ilə birgə Bakıda Qazaxıstan Kinosu Günləri keçirəcək.
Bakıda Qazaxıstan Kinosu Günləri keçiriləcək

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyi Qazaxıstanın Azərbaycandakı səfirliyi ilə birgə Bakıda Qazaxıstan Kinosu Günləri keçirəcək.

Trend-in çərşənbə axşamı nazirliyin saytına istinadən verdiyi məlumata görə, Qazaxıstan Kinosu Günlərinin keçirilməsində məqsəd Azərbaycan-Qazaxıstan mədəni əlaqələrini möhkəmləndirmək və Azərbaycan tamaşaçılarını qazax kinosunun nümunələri ilə tanış etməkdir. Kino günləri martın 29, 30-da və aprelin 1-də Nizami Kino Mərkəzində keçiriləcək.

Proqrama 3 bədii film daxil edilib. Kino Günlərinin açılışında tamaşaçılara rejissor Rüstəm Abdraşevin "Uşaqlığımın səması" filmi göstəriləcək. Martın 30-da Sultan-Ahməd Xodjikovun "Kız jibek", aprelin 1-də isə Slambek Tayekelin "Jeruyık" filmləri nümayiş olunacaq.

Xəbər lenti

Xəbər lenti