...

"Eurovision"un rəsmi Fan Klubu "Bakı Kristal Zalı" ilə bağlı reportaj hazırlayıb (VİDEO)

Mədəniyyət Materials 28 Mart 2012 18:19 (UTC +04:00)
Avroviziyanın rəsmi Fan Klubu və DJ Fateh "Bakı Kristal Zalı" ilə bağlı reportaj hazırlayıb.
"Eurovision"un rəsmi Fan Klubu "Bakı Kristal Zalı" ilə bağlı reportaj hazırlayıb (VİDEO)

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İsabalayeva/

Avroviziyanın rəsmi Fan Klubu və DJ Fateh "Bakı Kristal Zalı" ilə bağlı reportaj hazırlayıb.

Fan Klubdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, reportajda "Kristal Zal"ın ən son görüntüləri çəkilib. Burada DJ Fateh, Rəvan və Fan Klubun üzvlərindən biri Fidan reportaj zamanı "Kristal Zal" ilə bağlı bütün məlumatları araşdırıb və bölüşüblər. "Bakı Kristal Zalı"nın konstruksiyası və dizaynı haqqında bu layihənin direktoru Günter Vikhing ətraflı məlumat verib. Onun sözlərinə görə, bu zalın konstruksiyası və dizaynı gələn qonaqları heyran edəcək.

Bu reportajda bütün konstruksion mövzulara toxunulub. Reportaj bədiiliklə yanaşı, maraqlı və əyləncəli şəkildə çəkilib. Bu, indiyədək "Kristal Zal" haqqında çəkilmiş ən irihəcmli və ətraflı məlumatı özündə daşıyan videodur. "Bakı Kristal Zalı" haqqında olan bu videoreportaj "Eurovision"un rəsmi Fan Klubu, DJ Fateh və Manpası-nın "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifələrində paylaşılıb.

Qeyd edək ki, "Eurovision"ın Azərbaycandakı Fan Klubu rəsmi olaraq 2008-ci il aprelin 1-də yaradılıb və hazırda Fan Klub tam qüvvə ilə ölkəmizin beynəlxalq səviyyədə təbliğatı və ev sahibliyi etdiyimiz "Eurovision 2012"-yə dəstək istiqamətində fəaliyyətini davam etdirir.

Xəbər lenti

Xəbər lenti