...

Rəqibləri Səbinə Babayeva haqqında nə düşünür?

Mədəniyyət Materials 23 Aprel 2012 18:02 (UTC +04:00)
Azərbaycanın "Eurovision 2012" təmsilçisi Səbinə Babayeva rəqiblərində müsbət təəssürat yaradıb.
Rəqibləri Səbinə Babayeva haqqında nə düşünür?

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Azərbaycanın "Eurovision 2012" təmsilçisi Səbinə Babayeva rəqiblərində müsbət təəssürat yaradıb.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, Yunanıstanın "Eurovision 2012" təmsilçisi Elefteria Eleftheriou onun haqqında belə deyib: "Səbinə həqiqətən çox gözəldir. Mən onun mahnısını sevdim və düşünürəm ki, yaxşı şansı olacaq."

Türkiyə təmsilçisi Can Bonomo Amsterdamda Səbinə ilə görüşdən sonra fikirlərini belə ifadə edir: "Səbinə ovsunlayıcı səsə sahib istedadlı müğənnidir. Azərbaycan belə güclü səhnə mədəniyyəti olan gözəl ifaçı seçimində tamamilə doğru addım atıb."

Finlandiya təmsilçisi Pernilla da Səbinə Babayevanın səsinə heyran olub: "Onun mahnısını bir neçə dəfə eşitmişəm. Çox bəyənirəm. O, çox yaxşı müğənnidir və gözəl görünür."

Amsterdamdakı "Eurovision in Consert" layihəsində çıxış edən Səbinə Babayeva "Eurovision 2012" şousu iştirakçılarının əksəriyyəti ilə görüşmək fürsəti qazanıb. Azərbaycanın builki Eurovision təmsilçisi hər kəsi xüsusi hədiyyələrlə sevindirib. Onun şou iştirakçılarına və media nümayəndələrinə payladığı milli ornamentli şal və araqçın hər kəsin sevimli aksesuarı olub.

Xəbər lenti

Xəbər lenti