Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.Mehdiyev, V.İmanov/
Bu gün "Eurovision 2012" mahnı müsabiqəsinin iştirakçılarının repetisiyalarının ikinci günü başlayıb.
Trend-in məlumatına görə, 9 ölkənin iştirak edəcəyi məşqlərə ilk olaraq müsabiqədə ifa edəcəyi "Time" mahnısı ilə İsrail təmsilçisi İzabo başlayacaq.
Repetisiyadan sonra müğənnilər mətbuat konfransı keçirərək Bakı və məşqləri haqqında öz təəssüratlarını yerli və xarici jurnalistlərlə bölüşəcək və onları maraqlandıran sualları cavablandıracaqlar.
Gün boyu davam edəcək məşqlərdə həmçinin San Marino, Kipr, Danimarka, Rusiya, Macarıstan, Avstriya, Moldova və İrlandiyadan olan təmsilçilər iştirak edəcəklər.
"Eurovision"iştirakçılarının repetisiyalarının ikinci günü başlayıb
Bu gün "Eurovision 2012" mahnı müsabiqəsinin iştirakçılarının repetisiyalarının ikinci günü başlayıb.