...

Türkiyənin tanınmış müğənnisinə 6 il həbs cəzası verildi

Mədəniyyət Materials 22 May 2012 20:20 (UTC +04:00)
Türkiyənin tanınmış müğənnisi Deniz Seki narkotik vasitələrin ticarəti ilə məşğul olmaqda təqsirli bilinərək 6 il 3 ay müddətinə həbs cəzasına məhkum edilib.
Türkiyənin tanınmış müğənnisinə 6 il həbs cəzası verildi

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir M.Salmanov/

Türkiyənin tanınmış müğənnisi Deniz Seki narkotik vasitələrin ticarəti ilə məşğul olmaqda təqsirli bilinərək 6 il 3 ay müddətinə həbs cəzasına məhkum edilib. Bu barədə Trend çərşənbə axşamı Türkiyə KİV-ə istinadən məlumat verir.

Xatırladaq ki, müğənni 218 gün həbsxanada saxlanılmışdı, sonra isə saxlanılmadan mühakimə edilmək şərti ilə sərbəst buraxılmışdı.

Əgər Ali Məhkəmə İstanbul Məhkəməsinin çıxardığı qərarı təsdiq etsə, ifaçı yenidən həbsxanaya qayıdacaq.

Tanınmış müğənni məhkəmə iclasında iştirak etməyib.

Xəbər lenti

Xəbər lenti