...

"Nizami Gəncəvi və Şərq ədəbiyyatları" adlı beynəlxalq konfrans keçiriləcək

Mədəniyyət Materials 1 Noyabr 2012 15:57 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu Qafqaz Universiteti ilə birgə noyabrın 21-də "Nizami Gəncəvi və Şərq ədəbiyyatları" adlı beynəlxalq konfrans keçirəcək.
"Nizami Gəncəvi və Şərq ədəbiyyatları" adlı beynəlxalq konfrans keçiriləcək

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu Qafqaz Universiteti ilə birgə noyabrın 21-də "Nizami Gəncəvi və Şərq ədəbiyyatları" adlı beynəlxalq konfrans keçirəcək.

İnstitutdan cümə axşamı Trend-ə verilən məlumata görə, bu gün Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıc və həmin universitetin Pedaqogika fakültəsinin dekanı, dosent Erdal Karaman Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva ilə görüşüblər.

Görüşdə bu iki elm və təhsil müəssisəsi arasında əlaqələrin genişlənməsi perspektivləri müzakirə olunub və birgə elmi tədbirlərin keçirilməsi ilə bağlı ilk konkret addımlar atılıb.

Əldə edilən razılığa əsasən, tərəflər gələn ilin aprel-may aylarında "Mehmet Akifdən Hüseyn Cavidə türk ziyalıları" mövzusunda beynəlxalq konfrans da təşkil edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti